Sərnişin təyyarəsi qəzaya uğradı

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Kanadanın Fond-dyu-Lak kəndində baş verib. Fond-dyu-Lak hava limanından uçan təyyarə 1 kilometr məsafə gedəndən sonra yerə düşüb. Təyyarədə 22 sərnişin, 3 ekipaj üzvünün olduğu deyilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sərnişinlərdən bir neçə nəfər yaralanıb. Lakin ölənlər haqqında heç bir məlumat verilmir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Kanadanın Nəqliyyat Nazirliyi tərəfindən hadisə ilə bağlı istintaq başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə