Goranboyda ağır yol qəzası ölənlər var

Goranboy rayonunda ağır yol qəzası olub, ölənlər var.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə