Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatlarına görə, zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb. Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.

Qeyd edək ki, həmin ərazidə ötən həftə də 3,4 bal gücündə zəlzələ baş vermişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə