Sumqayıtda iki transformator yanıb

Sumqayıtda yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıtda ümumi sahəsi 40 kv.m olan transformator otağının dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və içərisində hər birinin gücü 400 kVA olan 2 ədəd transformatorun yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi və 2 ədəd transformator yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə