Mingəçevirdə yaşayış binasında yanğın: 5 nəfər xilas edilib

Mingəçevir şəhərində yanğın hadisəsi olub.

SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənən 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə