Zəlzələdə ölənlərin sayı 620 nəfərə çatıb İranda

Noyabrın ortalarında İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 620 nəfər çatıb. SİA-nın xəbərinə görə, bu barədə İranın Tibb Tşkilatı açıqlayıb.

Bundan öncə ölənlərin sayının 596 nəfər olduğu deyilirdi.

Məlumat üçün nəzərinizə çatdıraq ki, noyabrın ortalarında İran-İraq sərhəddində 7.2 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Yeraltı təkanlar Küveyt, İsrail, BƏƏ-də və digər ölkələrdə hiss olunmuşdu

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə