Yaponiya sahillərində 5 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb. Xəbərə əsasən, yeraltı təkanların episentri Yokohama şəhərindən 492 km cənub-şərqdə olduğu açıqlanıb. Zəlzələ 10 km dərinlikdə baş verib

Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə