Salyanda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Gəncəli kəndində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə