Bu gün Bakı şəhərinin, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə