Rusiyada ev yanıb, 5 nəfər ölüb

Bu gün səhər saat 5 radələrində Rusiyanın İrkutsk vilayətinin Usolsk rayonunda bağ evində yanğın olub. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 5 nəfər ölüb.

Ölənlər Anqarsk şəhər sakinləridir. Ölənlər həmin evdə yaşayan ər-arvad və dünən onlara qonaq gəlmiş biri körpə olmaqla, üç uşaqdır. Yanğının elektrik cihazlarından istismar qaydalarının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə