Şəkidə ağır yol qəzası: 4 nəfər həlak olub

Dünən axşam axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər yaralanıb. Yaralılar Şəki və Mingəçevir xəstəxanalarına aparılıb. Şəki Mərkəzi Xəstəxanası baş həkiminin müavini Knyaz Məmmədov bildirib ki, yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə