Myanmadan narkotik daşıyan dəstədən 208 kiloqram metamfetamin müsadirə edilib

Çinin Myanma ilə sərhədində yerləşən Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində transsərhəd narkotik maddələrin ticarəti ilə məşğul olan dəstənin 2 üzvü saxlanılıb. AZƏRTAC xəbər verir ki, Cinxun şəhərində dövlət nömrə nişanı olmayan avtomobildə hərəkət edən dəstə üzvləri yaxalanarkən onlardan 299 bağlamadan ibarət 208 kiloqram metamfetamin maddəsi aşkar edilərək götürülüb.

Polis dəstə üzvlərini yaxalamaq üçün bir neçə ay davam edən təhqiqat aparıb.

loading...