Xırdalanda yaşayış binasında baş verən yanğında 3 nəfər zəhərlənib

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə