Qusarda körpünün kabelini kəsənlər tutulub

Qusarda körpünü işıqlandıran elektrik kabelini kəsən şəhər sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhərin Azadlıq küçəsi ilə M.Əbilov küçəsinin kəsişməsindəki körpünü işıqlandıran elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini saxlanılıb.

RPŞ-də dindirilmə zamanı əvvəllər məhkum olunmuş Zedik Əlifxanov 200 metr naqili kəsdiyini etiraf edib. Oğurlanmış naqil maddi sübut kimi götürülüb.

Aparılan əməliyyat tədbirləri nəticəsində Z.Əlifxanovun törətdiyi daha bir faktın üstü açılıb. Məlum olub ki, keçən ilin iyul ayında bu şəxs həmin ərazidən eyni üsulla 100 metr elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vurub.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə