Sabirabadda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Dünən axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə