İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəmnində daha 3 cinayət hadisəsi baş verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb.

Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib.

Baş verən cinayət hadisələri valideyinlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə