Paytaxtda evləri qarət edən şəxs tutulub

4 evdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Qasımov tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-dən 16-dək olan müddətdə rayon ərazisində 4 evdən velosiped, su mühərriki və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qasımov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə