Bərdə sakinini qətlə yetirmiş şəxs könüllü istintaqa təslim olub

Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İ.Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə o, hadisə yerində ölüb.

İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.

Bütün xəbərlər Facebook səhifəmizdə