Gürcüstandan qanunsuz gətirilən telefonlar...

Gürcüstandan Azərbaycana qanunsuz gətirilən mobil telefonlar gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2 ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə