Daha 4 erməni əsgəri azaldı mina partladı

Dağlıq Qarabağda mina partlayışı nəticəsində üç erməni hərbçisi ölüb, biri nəfəri isə yaralanıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18.35-də baş verib.

İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə