Goranboyda yol qəzası: 3 yaşlı uşaq ölüb, 12 nəfər yaralanıb

Goranboy rayonununda yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonun Bəşirli kəndində “OKA” markalı avtomobillə “Zaparojes” markalı avtomobil toqquşub. Nəticədə 12 nəfər bədən xəsarəti alıb. Onlardan biri 3 yaşındadır. Yaralılar xəstəxanaya yerləşdirilib. 2010-cu il təvəllüdlü əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə