29 yaşlı kişi özünü meşədə asıb

Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şümrüd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun geri qayıtmamağından və telefon zənglərinə cavab verməməyindən narahat olan ailə üzvləri axtarışa başlayıb. V.Musayev axtarış zamanı evlərinə yaxın meşə ərazisində ağacdan asılmış vəziyyətdə ölü tapılıb.

Onun üç uşaq atası olduğu bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə