Bakıda zavodda partlayış - 1 nəfər ölüb

Bakıda zavodda güclü partlayış baş verib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən bildirilib ki, partlayış Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki zavodda baş verib.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə