176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 176 ədəd partlamamış hərbi sursat (PHS), 120 ədəd partlamış-yanmış mərmi qalıqları və 499 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 74 gün ərzində 18 991 ədəd partlamamış hərbi sursat (PHS), 8 568 ədəd partlamış-yanmış sursat qalıqları və 68 102 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 160 285 kv.m (6 916 ha) ərazi yoxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə