Bina yandı Ölən və yaralılar var

Çinin paytaxtı Pekində yaşayış binasında baş verən yanğında 19 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə paytaxtın Dasin rayonunda baş vermiş yanğın səhər 9:00 radələrində nəzarət altına alınıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisənin baş vermə səbəbləri bilinmir. Hazırda təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə