Mağaza yandı məhsullar külə döndü

Qaxda yanğın hadisəsi qeydə alınıb. SİA-nın FHN-in saytında istinadən verdiyi xəbərə görə, yanğın Qax şəhərində ümumi sahəsi 80 m2 olan qarışıq mallar mağazasında baş verib. Nəticədə mağazada 50 m2 sahədə rəflərə yığılmış mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

loading...