Kürdəmirdə itkin düşən şəxs tapılıb

Kürdəmirdə itkin düşən şəxs tapılıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan SİA-ya verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.

Polis əməkdaşlarının təxirə salınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə