Sumqayıt şəhər sakini Nuridə Həsənovanı qətlə yetirməkdə şübhəli bilinən Feyruz Nəsibli tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 9-da Sumqayıt şəhər sakini Nuridə Həsənovanın bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Feyruz Nəsibli tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə