Qadınla söhbət etdiyinə görə tutuldu

Səudiyyə polisi nahar zamanı qadınla söhbət edən kişini həbs edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "cinayət" Məkkədə restoranların birində qeydə alınıb. Qadınla kişi arasında qısa söhbətin videosu sosial şəbəkədə yayımlanıb. Videoya şərh yazanlar bunu pozğunluqkimi dblər.

Polis əməkdaşının sözlərinə görə, kişinin kimliyi tez bir zamanda araşdırlaraq həb edilib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanında qadınlarının futbol matçlarına gəlməsinə icazə verildiyi açıqlanmışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə