Avtobus yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə Novqorod vilayətində baş verib.

Avtobusda 64 sərnişin olub. Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə