Yolu keçən piyadanı maşın vurdu

Cəlilabadda yolu keçən piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Cəlilabad rayonunun Günəşli kəndində rayon sakini Habil Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Həsənxan İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə