Samux rayonunda kənd sakinləri arasında dava düşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. 35 yaşlı Anar Nəsibovla həmkəndlisi Vüqar adlı şəxs arasında yaranan anlaşılmazlıq nəticəsində Nəsibov xəstəxanalıq olub. Onun baş və sifət nahiyəsindən xəsarət aldığı deyilir.

Artıq faktla bağlı Samux polisi araşdırmalara başlayıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə