Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Nardaran sakini saxlanılıb

Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə