Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 40 kv.m olan 2 otaqlı taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə