Salyanda borudan sızan qaz alışıb xəsarət alan var

Salyanda borudan sızan qaz alışıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Salyan rayonunda borudan sızan qazın alışması nəticəsində 3 m² sahədə ağac qırıntıları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Qaz xətti və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə