Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın söndürülüb, yaxınlıqdakı tikililər isə yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi isə Ağstafa rayonunda qeydə alınıb. Rayonun Qarahəsənli kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə