Metroda qatarlar toqquşdu 20-dən çox yaralı var

Sinqapur metrosunda iki qatarın toqquşması nəticəsində 20 dən insan zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qatarlardan biri dayanan qatara dəyib. Ümumilikdə hadisə nəticəsində 23 nəfər xəsarət alıb.

Sinqapur Mülki Müdafiə (SCDF) Xidmətinin hadisə ilə bağlı açıqladığı məlumatda hadisənin Joo Koon stansiyası yaxınlığında sinqapur saatı ilə 08:33-də baş verdiyi bildirilir: " Hazırda xidmət zərərçəkənlərlə məşğul olur. 23 nəfər hospitallaşdırılıb. Zərərçəkənlərin əksəriyyəti yüngül xəsarət alıblar".

Sinqapur metropoliteninin açıqlamasına görə qəza " səhv" ucbatından baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə