Ağcəbədidə yanğın Elektrik generatorları alışdı

Ağcəbədidə yanğın faktı qeydə alınıb.

SİA-ya FHN-dən verilən məlumata görə, rayonunun Hindarx qəsəbəsində dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta atmaları və içərisində olan 2 ədəd elektrik generatoru, plastik masa yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə