Ağdaşda canavarlar mal-qaraya hücum edib

Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub. Report-un xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib. Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.

Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə