Bakı-Qazax yolunda iki avtomobil toqquşub

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “Shacman” markalı yük avtomobİllə toqquşub. Qəza zamanı “Mercedes"in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə