Sabirabadda ağır qəza: 1 ölü, 1 yaralı var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, rayonun Bulaqlı kəndi ərazisində kiçik tutumlu yük maşını ilə iri tutumlu yük avtomobili toqquşub. Nəticədə Saatlının Bəylik kənd sakinləri - 45 yaşlı Əli Abdullayev və 27 yaşli Elmar Abdullayev xəsarət alıblar.

Əli Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb. Elmar Abdullayev isə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Faktla bağli araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə