Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə