Partlamamış hərbi sursatlar aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan SİA-ya daxil olan məlumata əsasən, oktyabrın 20-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 140 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 366 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 448 500 kv.m (44.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 48 gün ərzində 13 034 ədəd partlamamış hərbi sursat (PHS), 5 383 ədəd partlamış-yanmış sursat qalıqları və 44 607 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 48 462 908 kv.m (4 846 ha) ərazi yoxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu
loading...