Şamaxıda avtomobil aşdı, sürücü öldü

Şamaxı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 20-də saat 01:00 radələrində Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...