Şəmkirdə ikimərtəbəli ev yanıb

Şəmkirdə ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib. İkimərtəbəli səkkiz otaqlı evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 216 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

loading...