Avtomobildən 1130 ədəd fişəng aşkara çıxarıldı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə