Şəxsi əşyaların arasında soyuq silah aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

SİA-nın verdiyi məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasınınvətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə