Paytaxtda mənzildən meyit tapılıb

Paytaxtda mənzildə meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə