Saatlı rayonunun Qara Nuru kəndində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Saatlı rayonunun Qara Nuru kəndində ikimərtəbəli evin 1 mərtəbəsinin tavanı və ev əşyaları 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə