Sumqayıtda qəza ölümlə nəticələndi

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 14-də saat Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Samir Mövsümovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə